image-reklam-veteninfo
image-image_750x_648b3442dd70cbackend

Ukrayna daha çox ərazi itirəcək – Amerikalı zabit

image-reklam-veteninfo

Ukrayna əks-hücumun nəticələrindən asılı olmayaraq Rusiyanın xüsusi əməliyyatına daha çox ərazi itirmək riski ilə üzləşir.

Vətəninfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis  bildirib.

“Hücumun hansısa uğur və ya fəlakətli məğlubiyyətlə qarşılanmasından asılı olmayaraq, Ukrayna üçün hərbi qələbəyə aparan real yol yoxdur.

Ukrayna indiyə qədər itirdiyindən qat-qat çox itirmək riski altındadır”, amerikalı zabit 19fortyfive üçün yazdığı məqalədə bildirib.

Müəllif vurğulayır ki, Ukrayna ordusu əks-hücumun ilk həftəsində rus əsgərləri ilə döyüşlərdə əsas qüvvələrini itirib.

Amerikalı polkovnik-leytenantın qeyd etdiyi kimi, əsas problem Kiyevdə Rusiyanın fəal şəkildə istifadə etdiyi hava hücumundan müdafiə vasitələrinin olmamasıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki