image-reklam-veteninfo
image-1backend

Ukrayna dronları Rusiyanın strateji zavoduna hücum edib – bir nəfər ölüb, yaralılar var

image-reklam-veteninfo

Bu gün, 11 avqustun gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Nijni Novqorod vilayətinin Arzamas şəhərində yerləşən Arzamas Quraşdırma Zavoduna hücum edib. Bu barədə BBC Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

Hücum faktını həmçinin Rusiya tərəfi də təsdiqləyib. Yerli teleqram kanallarının yazdığına görə, şəhər sakinləri bir neçə partlayış səsi eşidiblər. Ukrayna mənbələri partlayışların, yanğının və zavod binasındakı dağıntıların görüntülərini yayımlayıblar.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hücumla bağlı açıqlama verib. O bildirib ki, Arzamas və Dzerjinsk şəhərlərində yerləşən iki sənaye zonasına düşmən PUA-ları ilə hücum həyata keçirilib:

“Arzamas rayonunda hücum nəticəsində təəssüf ki, tələfatlar olub. Zavod əməkdaşlarından biri hadisə yerində həlak olub, iki nəfər isə xəstəxanaya yerləşdirilib”, – deyə qubernatorun teleqram kanalında bildirilir.

Qeyd edək ki, hücuma məruz qalan ikinci sənaye zonası – Dzerjinsk şəhəri də vilayətin əsas hərbi-sənaye mərkəzlərindən biri sayılır.

Hadisə fonunda Rosaviatsiya Nijni Novqorod hava limanının fəaliyyətini müvəqqəti dayandırıb.

Arzamas şəhəri Nijni Novqoroddan 90 km cənubda, Dzerjinsk isə vilayət mərkəzinə yaxın yerləşir. Hər iki şəhər Rusiyanın hərbi sənayesi üçün strateji əhəmiyyətə malikdir.

Bundan əlavə, hücum zamanı Udmurtiya və Ulyanovsk vilayətlərində də hava həyəcanı siqnalları verildiyi bildirilir. Hər iki region hücum obyektlərindən yüzlərlə kilometr məsafədə yerləşsə də, ehtiyat tədbirləri görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki