Ukrayna Baş Kəşfiyyat İdarəsinin dronları, Rusiyanın Orenburq şəhərində yerləşən “Orenburq Helium Zavodu”na zərbə endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə UNİAN-a kəşfiyyat mənbələri məlumat verib.
Mənbənin sözlərinə görə, bu zavod, Rusiya üçün raket istehsalı, kosmik və aviasiya sənayesi üçün kritik əhəmiyyət daşıyan helium istehsal edən tək müəssisədir. Helium, həmçinin raketlərin və kosmik vasitələrin mühərriklərində və digər strateji sahələrdə istifadə olunur.
Yerli sakinlər, zavod üzərindən uçan PUA-ları müşahidə edərək, bir sıra partlayışların baş verdiyini bildiriblər. Təxminən saat 20:00-da, Rusiya hakimiyyəti “Ural” magistral yolunun müəyyən bir hissəsini bağlamağa qərar verib. Bu hissə, dronlar tərəfindən hədəf alınan zavodun yaxınlığında yerləşir.
Mənbə əlavə edib ki, “Orenburq Helium Zavodu, Rusiyada yeganə helium istehsalı müəssisəsidir və Avropada ən böyüklərindən biridir. Zavodun illik gücü, təxminən 15 milyard kub metr təbii qazın emalına bərabərdir. Bu zavodun vurulması, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətində mühüm rol oynayan bir strateji obyektin məhv edilməsi deməkdir.”