Gecə saatlarında Ukraynanın bir sıra bölgələri raket və pilotsuz təyyarələrin kütləvi zərbələrinə məruz qalıb. Lvov, Kiyev və Sumı da daxil olmaqla, hava hücumu siqnalları verilib. Vətəninfo.az xəbər verir ki , bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Lvovda yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 nəfər ölüb, 35 nəfər yaralanıb. Baş stansiyanın ərazisində bir neçə yaşayış evi yanmış, evlərin şüşələri sınıb. İki məktəbdə baş verən atışmalara görə dərslər ləğv edilib.
Krivoy Roqda 5 nəfər yaralanıb, xəstəxanaya ziyan dəyib.
Sentyabrın 3-də Poltava Rabitə İnstitutunun binalarından birinə raket hücumu nəticəsində ölənlərin sayı 51-ə çatıb, 271 nəfər yaralanıb. Daha əvvəl 41 qurbanın olduğu bildirilirdi. Poltavada üç günlük matəm elan edilib.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod və Kursk vilayətlərində, eləcə də Qara dəniz üzərindəki səmalarda 4 Ukrayna PUA-sını vurduğunu bildirib.