Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların noyabrın 4-dən sonra keçirilməsi gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, danışıqların dəqiq tarixi yaxın vaxtlarda müəyyənləşdiriləcək.
Uşakov qeyd edib ki, Moskva hələlik Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların bərpası ilə bağlı konkret siqnallar göndərməyib.
Rusiya rəsmisi əlavə edib ki, ölkəsinin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibi də yaxın vaxtlarda müəyyənləşdiriləcək. Onun sözlərinə görə, heyətin əsas hissəsi artıq hazırdır.


























