Ukrayna Silahlı Qüvvələri müdafiə mövqeyindən çıxmalı və döyüş meydanında hadisələrin gedişinə təsir göstərməyə başlamalıdır.
Vətəninfo.az xəbər verir ki, bunu Almaniyanın gələcək kansleri, Xristian Demokratik İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merts ARD telekanalına müsahibəsində deyib.
Siyasətçi Krım körpüsünü Ukrayna qüvvələrinin hücumu üçün mümkün hədəf kimi göstərib. Merts Ukrayna Silahlı Qüvvələrini onu məhv etməyə çağırıb, çünki Rusiya ordusunun təchizatı üçün resursların əhəmiyyətli hissəsi Krımda yerləşir.
Bundan əvvəl gələcək kansler uzun mənzilli “Taurus” raketlərinin yalnız avropalı tərəfdaşlarla razılaşdırıldığı təqdirdə Ukraynaya veriləcəyini bəyan etmişdi. Siyasətçinin fikrincə, silahların ötürülməsi məsələsinin həlli koordinasiyalı hərəkətlər tələb edir.“AzPolitika.info”