image-1backend

Ukrayna Krıma raket zərbəsi endirdi

image-reklam_sirab_01

Rusiya mətbuatı yazır ki, Krımın Teodosiya şəhərində neft anbarında yanğın baş verib.

Vətəninfo.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, partlayışlar səhər saat 5-in yarısında neft anbarının ərazisində baş verib. Tezliklə orada yanğın baş verdi. Teodosiyada neft anbarında baş verən yanğınla əlaqədar bələdiyyə xarakterli texnogen qəza elan edilib.

Səlahiyyətlilər ölən və xəsarət alan olmadığını, təcili yardım xidmətlərinin hadisə yerində işlədiyini bildirib.

Ukrayna Baş Qərargahı Teodosiyaya hücumu təsdiqləyib. Krımda ən böyük dəniz neft terminalına hücum edildiyi bildirilir.

Hücumun raketlə həyata keçirildiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki