image-1backend

Ukrayna Kursk əməliyyatı zamanı çox şey əldə etdi: NATO-nun baş katibi

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı çox şey əldə edib. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” xəbər yayıb.

Bununla yanaşı, Stoltenberqin fikrincə, vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini söyləmək çətindir. 

“Yalnız ukraynalılar lazımi çətin seçimi edə bilər, məsələn, öz qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı müharibənin aparılması məqsədəuyğundur”, – o, Osloya səfəri zamanı deyib. 

NATO baş katibinin sözlərinə görə, Ukraynanın özünümüdafiə hüququ var.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki