“The Economist” yazır ki, Ukrayna Moskvaya çata biləcək raket yaratmaq üzərində fəal işləyir. Hazırda ölkədə 10-dan çox raket layihəsi hazırlanır.
Vətəninfo.az xəbər verir ki , onlardan biri də “Trembita” raketidir. Onun mühərriki ilk dəfə 1944-cü ildə Alman V-1 bombasında istifadə edilmiş impulslu reaktiv mühərrikin müasir “remeyki”dir. Əsas “Trembita” saatda 400 kilometr sürətlə uçur və 200 kilometr məsafəni qət edir.
Moskvaya çatmaq üçün daha böyük və daha güclü model hazırlanır. Son çöl sınaqlarından sonra seriya istehsalı planlaşdırılır.
Ukraynanın raket proqramının təfərrüatları ciddi şəkildə gizli saxlanılır.
Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov 2025-ci ilin Ukrayna qanadlı raketlərinin ili olacağını proqnozlaşdırır.