Rusiya ordusu Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin binasına iki raket zərbəsi endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı The Economist yayıb. Qəzetin yazdığına görə, inzibati bina sonuncu dəfə bu il mayın 29-da hədəfə alınıb.
Hücum ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.
The Economist əlavə edib ki, binaya ilk raket hücumu bu ilin martında baş verib.