image-reklam-veteninfo
image-1793133983_gzwo9b6f_largebackend

Ukrayna müharibəsinin bitməsi üçün hansı şərtlər irəli sürülür? – Ərazi güzəştləri və NATO-dan imtina təklifi

image-reklam-veteninfo

Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması üçün Kiyevin Krım və şərq ərazilərinə dair iddialarından imtina etməsi, həmçinin NATO-ya üzvlük planlarını dayandırması təklif olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzetində dərc olunan köşə yazısında bildirilib.

Nəşrin köşə yazarı Metyu Paris hesab edir ki, münaqişənin həlli üçün Ukrayna ilk növbədə Krımla, eləcə də əhalisinin əksəriyyətinin rusdilli olduğu şərq bölgələri ilə bağlı mövqeyinə yenidən baxmalıdır.

Müəllifin fikrincə, Kiyev Moskvanın NATO məsələsinə münasibətini nəzərə alaraq alyansa üzvlük istəyindən imtina etməli, bunun əvəzində isə Avropa İttifaqına üzvlük perspektivini davam etdirə bilər.

Yazıda Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün ölkə ərazisində Avropa və ABŞ nümayəndələrinin, eləcə də beynəlxalq müşahidəçilərin yerləşdirilməsi variantı da irəli sürülür.

Metyu Paris hesab edir ki, ərazi məsələsində güzəştə getməmək mövqeyi Ukrayna üçün ciddi nəticələrə səbəb ola bilər. Onun fikrincə, bu yanaşma münaqişənin uzanmasına, Ukraynanın vəziyyətinin daha da ağırlaşmasına və Avropa ölkələrinin iqtisadi resurslarının tükənməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, bunlar “The Times” qəzetində dərc olunan müəllifin şəxsi mülahizələri və təklifləridir. Yazıda səsləndirilən fikirlər Ukrayna və ya Rusiya tərəfindən qəbul edilmiş rəsmi sülh şərtləri kimi qiymətləndirilməməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki