image-11backend

Ukrayna mühüm qərarlar qəbul etməlidir – Blinken

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna silahlı qüvvələrinin gələcək əks-hücumundan uğur gözləyir və hesab edir ki, bu əməliyyatdan sonra Ukrayna mühüm qərarlar qəbul etməli olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət katibi Amerikanın Səsi-nə bildirib.

Dövlət katibinin sözlərinə görə, planlaşdırılan hücum əməliyyatları zamanı Ukrayna daha çox əraziləri geri qaytaracaq.

Blinken qeyd edib ki, Ukraynanın Rusiyanın gələcək təcavüzünün effektiv şəkildə qarşısını almaq üçün təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli perspektivdə tərəfdaşlarının dəstəyinə ehtiyacı var. Blinkenin fikrincə, bu, Ukraynanın mövqeyini gücləndirəcək, ölkənin bərpasına kömək edəcək və Avropa ilə inteqrasiyaya doğru irəliləyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki