image-1backend

Ukrayna  NATO-ya qəbul edilir – Ağ Ev şərtləri açıqladı

image-reklam_sirab_01

Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olması üçün iştirakçı ölkələrin siyasi iradəsi lazımdır ki, bu da hazırda çatışmır.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter bildirib.

“Alyansın bütün komandanlığı yardımın bir hissəsi kimi Ukraynaya hərbi təlimlərdə dəstək verməkdən məsuldur ki, bu da gələcəkdə ölkənin NATO-ya üzvlüyü üçün körpü rolunu oynayacaq, iştirakçı ölkələrin buna siyasi iradəsi olduqda”, – o deyib. .

Karpenter daha əvvəl bəyan etmişdi ki, NATO Almaniyada yerləşəcək Ukrayna Silahlı Qüvvələrinin təlimi və təchizatı üçün yeni komandanlıq yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki