image-puabackend

Ukrayna Odessa vilayətinə gecə hücumu təşkil edib

image-reklam_sirab_01

Bu gecə Rusiya Odessa vilayətinə hücum edib. Vətəninfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Odessa hərbi idarəsinin rəisi Oleq Kiperin verdiyi məlumata görə, rus qoşunları hücumçu dronları ilə bölgəyə iki dəfə hücum edib.

“Əsas məqsəd regionun cənubunun liman və taxıl infrastrukturudur. Düşmənin hücumları nəticəsində Dunay limanlarından birində anbarlara və buğda anbarlarına ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb”.

Odessa vilayət idarəsinin məlumatına görə, bölgənin səmasında 11 pilotsuz təyyarə vurulub. Həmçinin qeyd olunub ki, hava hədəflərinin hamısı məhv edilməyib.

Çərşənbə günü saat 01:20-də Ukraynanın bir sıra regionlarında pilotsuz təyyarələrin hücum təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki