image-666backend

Ukrayna ordusu 36 İran dronunu məhv edib 

image-reklam_sirab_01

Ukrayna çərşənbə günü gecə Rusiya tərəfindən buraxılan 36 İran pilotsuz təyyarəsinin hamısını uğurla vurduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, gərgin bir gecə keçirsə də, bu dronları vura bildiyi üçün Hərbi Hava Qüvvələrinə təşəkkür edib.

“Ukraynada vahimə və qorxu yaratmaq üçün düşmən İrana məxsus 36 drondan istifadə etsə də, onların heç biri hədəfinə çatmayıb. 100 faiz uğur əldə etdiyinə görə Hava Hücumundan Müdafiə Qüvvələrimizə təşəkkür edirik”,-deyə o, özünün “Telegram” kanalında yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ötən il fevralın 24-də başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki