image-5555backend

“Ukrayna ordusu əks-hücuma hazırdır” – Danilov

image-reklam_sirab_01

“Ukrayna ordusu əks-hücum əməliyyatına başlamağa hazırdır. Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığı bir neçə aydır bunun üzərində işləyir”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “BBC”-yə müsahibəsində bildirib.
Danilov bildirib ki, əməliyyata başlamaq qərarı Ukrayna Silahlı Qüvvələrinin komandirlərinin ixtiyarındadır: “Hücum sabah, o biri gün və ya bir həftə sonra da başlaya bilər. Heç kim dəqiq tarixi deməyəcək. Hadisələrin başlanma tarixlərini desəm, bu, qəribə olardı. Bu, mümkün deyil. Ölkəmizin qarşısında çox məsuliyyətli vəzifə durur. Və biz başa düşürük ki, səhv etməyə haqqımız yoxdur”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki