image-reklam-veteninfo
image-1backend

Ukrayna ordusu  “Olya” limanında “Şahed” dronları dolu gəmiyə zərbə endirib – Baş Qərargah

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı  məlumatına görə, Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətində yerləşən “Olya” dəniz limanına zərbə endirərək, İran istehsalı olan “Şahed” tipli kamikadze dronlara aid komplektləşdirici hissələrlə dolu gəmini vurublar.

Qeyd edilir ki, bu əməliyyat Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələrinin birgə fəaliyyəti çərçivəsində həyata keçirilib. Əməliyyatın əsas məqsədi düşmənin hava hücumları potensialını azaltmaq olub.

“Əldə olunan məlumata əsasən, “Port Olya 4” adlı gəmi vurulub. Gəmidə İran istehsalı olan “Şahed” tipli PUA-lar üçün komplektləşdirici hissələr və döyüş sursatları daşınırdı”, – Baş Qərargahın açıqlamasında bildirilib.

Hazırda zərbənin nəticələri dəqiqləşdirilir.

Rusiyaya zərbələr artır

Xatırladaq ki, 14 avqust gecəsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) pilotsuz uçuş aparatları Volqoqraddakı neft emalı zavoduna hücum edib. Həmin zavod Rusiya ordusunu neft məhsulları ilə təmin edirdi. Zərbə nəticəsində obyekt ərazisində böyük yanğın baş verib.

Bundan bir gün öncə – 13 avqustda isə Ukrayna dronları Bryansk vilayətindəki “Transneft Drujba” neft kəmərinin neftötürmə stansiyasına hücum edib.

Avqustun əvvəlində isə Tatarıstandakı Alabuga şəhərində yerləşən Rusiya logistik mərkəzinə zərbə endirilmişdi. Həmin mərkəzdə “Şahed” tipli kamikadze dronlar və onlara aid xarici istehsal detallar saxlanılırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki