image-1backend

Ukrayna ordusu Rusiyaya aid silah anbarını vurub

image-reklam_sirab_01

Ukrayna ordusu sərhəddən təxminən 115 kilometr aralıda yerləşən Rusiyanın Bryansk vilayətindəki silah anbarına zərbələr endirib.

Vətəninfo.az xəbər verir ki, Ukrayna Baş Qərargahından verilən yazılı açıqlamada bildirilib ki, gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı logistika mərkəzinin sursat anbarına zərbələr endirib.

Açıqlamada hədəf alınan ərazidə 12 ikinci dərəcəli partlayışın qeydə alındığı və “Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması üçün Rusiya ordusuna aid silah-sursat anbarlarının dağıdılması davam etdiriləcək” ifadəsindən istifadə edilib.

Ukrayna mətbuatının Silahlı Qüvvələrdəki mənbələrə əsaslanan xəbərində, sözügedən hücumda Ukraynanın ABŞ-ın istehsal etdiyi uzun mənzilli ATACMS raketlərini ilk dəfə Rusiya ərazisində istifadə etdiyi iddia edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki