Rusiya ordusunun çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib. Vətəninfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında məlumat verilib.
“Son 24 saat ərzində Hava Hücumundan Müdafiə Qoşunları düşmənin şəxsi heyətin cəmləşdiyi ərazilərə 12, zenit-raket komplekslərinə isə daha 6 zərbə endirib.
Bundan əlavə, müdafiəçilərimiz Rusiyanın Mi-24 hücum helikopterini vurub, həmçinin 7 kəşfiyyat ATS-ni məhv ediblər.
Ukrayna ordusu gün ərzində raket və artilleriya bölmələri 3 komanda məntəqəsini, 1 zenit-raket kompleksini, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi 2 ərazini, atəş mövqelərində 13 artilleriya silahını, döyüş sursatı anbarını məhv edib.


























