Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk vilayətində 21 Ukrayna pilotsuz təyyarəsini vurub.
Vətəninfo.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Boqomaz bildirib.
Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur.
O, teleqram kanalında yazıb: “Hava hücumundan müdafiə qüvvələrimiz Bryansk vilayətində düşmənin pilotsuz təyyarələrini məhv etməyə davam edir.
Lipetsk vilayətində pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib, regionun rəhbəri İqor Artamonov Telegram kanalında bildirib. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.