Rusiyanın hava hücumundan müdafiəsi Ukrayna silahlı qüvvələrinə məxsus pilotsuz təyyarələrin Krım istiqamətində, eləcə də Rusiya Federasiyasının Kursk və Bryansk vilayətlərinə hücumlarını dəf edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Gecə saatlarında hava hücumundan müdafiə sistemləri Qara dənizin şimal-qərb hissəsində və Krım Respublikası ərazisində Ukraynaya məxsus 4 pilotsuz uçan aparatı məhv edib”, – Müdafiə Nazirliyi bildirir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, Rusiya hava hücumundan müdafiə vasitələri Ukrayna Silahlı Qüvvələrinin Kursk və Bryansk vilayətlərində hər biri 2 olmaqla daha dörd hücumunu dəf edib.
Bundan əvvəl Kursk qubernatoru Roman Starovoit Ukrayna silahlı qüvvələrinin bölgəyə hücumunun nəticələri barədə məlumat verib. O qeyd edib ki, dronların qalıqları inzibati binanın və yaşayış binalarının damına düşüb.


























