Ukrayna Rusiya ərazisinə PUA zərbəsi endirib. Vətəninfo.az xəbər verir ki, İjevskdəki müəssisələrdən birinə pilotsuz təyyarə ilə hücum edilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov öz Telegram kanalında məlumat verib.
“Dostlar, hamınızı salamlayıram. İjevskdəki müəssisələrdən birinə Kiyev rejiminin pilotsuz təyyarələri tərəfindən hücum edilib. Hadisə yerinə bütün əməliyyat xidmətləri göndərilib. Əldə olan kimi əlavə məlumat verəcəyəm”, – Breçalov yazıb.
O, daha sonra dəqiqləşdirib ki, hücum nəticəsində zərərçəkənlər olub, onlara tibbi yardım göstərilir. Müəssisənin işçiləri təxliyə olunub, hadisə yerində təcili tibbi yardım briqadaları işləyir. Yanğınsöndürənlər alovu söndürürlər.
Bundan əvvəl bölgədə pilotsuz təyyarələrlə hücum təhlükəsi rejimi tətbiq edilib.