image-1backend

Ukrayna PUA-larla Rusiyaya hücum etdi

image-reklam_sirab_01

Ötən gecə Ukrayna pilotsuz təyyarələri Rusiyanın regionlarına hücum edərək, onların bir hissəsinin enerji infrastrukturuna ziyan vurub. Smolensk vilayətində isə bölgənin cənub-şərqində yerləşən Roslavl vilayətindəki obyektə hücum edilib. Ərazidə fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir, itki yoxdur. Vətəninfo.az xəbər verir ki, bu barədə  qubernator Vasili Anoxin Shot teleqram kanalına  bildirib.

Orlov vilayətində pilotsuz təyyarələr Qlazunovsk və Sverdlovsk rayonlarına hücum edib, nəticədə enerji infrastrukturları zədələnib. Qubernator Andrey Kliçkov bildirib ki, elektrik təchizatı qismən kəsilib. Zərərçəkən yoxdur, Fövqəladə Hallar Xidməti hadisə yerində işləyir”, – deyə o, aydınlaşdırıb.
Kursk vilayətinin cənubunda Ukraynaya məxsus aviasiya tipli pilotsuz təyyarə də vurulub. Oboyansk vilayətinin Poniri kəndində pilotsuz təyyarənin hücumu nəticəsində elektrik xətti zədələnib. Qubernator Roman Starovoit bildirib ki, qəsəbə elektriksiz qalıb.
Krasnodar vilayətində yerli sakinlər neft emalı zavodunun yerləşdiyi Afipski kəndi ərazisində partlayışların baş verdiyini bildiriblər.Qeyd olunur ki, PUA-lar zenit müdafiəsi tərəfindən vurulub, dağıntı və tələfat barədə məlumat yoxdur.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, ümumilikdə hava hücumundan müdafiə sistemləri ötən gecə 12 pilotsuz uçan aparatı məhv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki