Rusiya zenit sistemi gecə saatlarında Voronej vilayətinin səmasında pilotsuz uçuş aparatını vurub.
Vətəninfo.az xəbər verir ki, Voronej qubernatoru Aleksandr Qusev Telegram kanalında bildirib ki, itki və dağıntı yoxdur.
“Dünən gecə növbətçi hava hücumundan müdafiə qüvvələri regionun rayonlarından birində Ukraynaya məxsus zenit raketini vurublar”, – deyə o yazıb.
Qubernator əlavə edib ki, ilkin məlumatlara görə, xəsarət alan və dağıntı yoxdur.