image-222backend

Ukrayna: Qara dəniz Taxıl Təşəbbüsünün uzadılması üzərində işləyirik

image-reklam_sirab_01

Ukraynanın icmalar, regionlar və infrastrukturun inkişafı üzrə naziri Aleksandr Kubrakov Qara dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün işlədiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Nazir Aleksandr Kubrakov sosial media hesabından etdiyi paylaşımda mayın 10-11-də İstanbulda keçirilən Qara dəniz Taxıl Təşəbbüsü danışıqlarını dəyərləndirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin danışıqların onlayn şəkildə davam etməsini təklif etdiyini bildirən Kubrakov “Ukrayna heyəti “taxıl sazişi”nin müddətinin uzadılması üçün səy göstərir və gəmilərin qeydiyyatı və yoxlanılmasının gecikmədən davam etdirilməsinin lazım olduğunu vurğulayır” ifadəsini işlədib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada mayın 10-11-də İstanbulda Ukrayna, Rusiya və BMT ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirildiyi, tərəflərin konstruktiv yanaşmaları ilə faydalı görüşlərin keçirildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki