ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında ədalətli, sabit və təhlükəsiz sülh istəyir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox Business telekanalında bildirib.
“Prezident qətliamları dayandırmaq və regionda sülhün bərqərar olması istədiyində çox, çox ardıcıldır. Bu, onun beynəlxalq prioritetidir, lakin o, ədalətli sülh istəyir. Bu mütləq olacaq.
“Tramp tamamilə iflasa uğramış Minsk razılaşmalarının yolu ilə getmək niyyətində deyil”, – Kelloq bildirib.