image-image_750x_645a97ff64e8dbackend

Ukrayna – Rusiya müharibəsinin şok statistikası: Çoxsaylı insan…

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) yeni hesabatına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 8791 mülki şəxs həlak olub, 14815 mülki şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, hesabat müəlliflərinin qeyd etdiyi kimi, 2023-cü il mayın 8-nə olan məlumata görə, 3977 kişi, 2367 qadın və 488 uşağın ölümü təsdiqlənib. Göstərilən müddətdə ölən 1928 böyük və 31 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu dövrdə 4088 kişi, 2730 qadın və 742 uşaq xəsarət alıb.

Hesabat müəlliflərinin fikrincə, mülki əhali arasında ölənlərin və ya xəsarət alanların faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur, çünki bəzi yerlərdə mülki vətəndaşların öldüyü və ya yaralanması ilə bağlı şübhəli məlumatlar hələ də təsdiqini gözləyir. Belə yaşayış məntəqələrinə Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasnaya və Severodonetsk (Luqansk vilayəti) daxildir. Hesabat müəlliflərinin sözlərinə görə, 2022-ci il fevralın 24-dən 2023-cü il mayın 8-dək olan dövrdə ən çox zərərçəkənlər ötən ilin mart ayında qeydə alınıb.

Vətəndaşların əksəriyyəti geniş spektrli məhvedici partlayıcı silahlardan istifadə zamanı zərər çəkib: 7297 ölü, 14022 yaralı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki