Vətəninfo.az xəbər verir ki, çərşənbə günü, mayın 31-də Rusiyanın Telegram kanalları Ukrayna, Rusiya Federasiyası və Belarus sərhədlərinin qovşağında, “Üç bacı” keçid məntəqəsinin ərazisində partlayışın baş verdiyi barədə məlumat yayıb.
İlkin məlumata görə, Çerniqov vilayətinə gedən yolun bir hissəsi partladılıb. Ruslar bildirirlər ki, yol ukraynalı diversantların Rusiyanın Bryansk vilayətinə girməsinin qarşısını almaq üçün partladılıb.
Rəsmi olaraq Rusiya Federasiyası yolun partladılması ilə bağlı hələ ki, şərh verməyib.


























