image-reklam-veteninfo
image-1200_0_1756873894-7114backend

Ukrayna Rusiyanı necə çökdürür? – Kreml məcburi masaya oturur

image-reklam-veteninfo

Rusiya hökuməti əsas neft emalı zavodlarının sıradan çıxması səbəbindən benzin ixracına qoyulan qadağanı sentyabr ayına qədər uzatmağa məcbur olub.

Vətəninfo.az xəbər verir ki, bu addım Kremlin çox ehtiyac duyduğu valyuta gəlirlərindən məhrum olması ilə nəticələnib. Kpler şirkətinin xam neft analiz bölməsinin rəhbəri Homayun Fəlakşahinin sözlərinə görə, vəziyyətin daha da ağırlaşmasına səbəb ondan ibarətdir ki, bir çox zavodlar sentyabr ayında planlı texniki xidmətə dayanmalıdır. Bu isə daha uzun müddətli fasilələr təhlükəsi yaradır.

“Ukraynaya Ümid” təşkilatının baş direktoru Yuri Boyeçko hesab edir ki, iqtisadi təzyiq artıq bu payızda Rusiyanı danışıqlara məcbur edə bilər:
“Əgər Ukrayna neft infrastrukturuna hücumlarını payızın ortalarınadək davam etdirərsə, bu, Rusiyada ciddi iqtisadi problemlərə gətirib çıxaracaq və Putini real danışıqlara oturmağa, müharibəni bitirməyə vadar edəcək”.

Hazırda Avropa İttifaqı yeni – 19-cu sanksiya paketini təqdim etməyə hazırlaşır. Mətbuatda yayılan məlumatlara görə, enerji sektorunda hələlik ciddi məhdudiyyətlər gözlənilmir. Lakin energetika nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə olunan sənəd göstərib ki, Brüssel Rusiya iqtisadiyyatına daha sərt zərbə vurmaq üçün ABŞ-ın tarif strategiyasını təqlid etmək imkanını nəzərdən keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki