image-1backend

Ukrayna Rusiyanı PUA-larla VURDU:  Üç tanker məhv edildi

image-reklam_sirab_01

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev bildirib ki, mayın 31-nə keçən gecə bölgəyə pilotsuz təyyarələrin kütləvi hücumu nəticəsində Temryuk vilayətinin neft bazasında neft məhsulları ilə dolu üç tanker yanıb. Vətəninfo.az xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yazıb.

“Hava hücumu nəticəsində neft bazasının infrastrukturuna ziyan dəyib. Neft məhsulları ilə dolu üç tanker sıradan çıxıb və yanıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğın yüksək mürəkkəblik dərəcəsinə malikdir. Təəssüf ki, qurbanlar var”, – qubernator yazıb.

O əlavə edib ki, xəsarət alanlar neft bazasının işçiləridir, onların müalicəsi davam etdirilir. Qalan işçilər təxliyə edilib.

İlkin məlumata görə, dağıntı yoxdur.

Rayon rəhbəri vurğulayıb ki, zenit müdafiə sistemi bütün pilotsuz uçuş aparatlarına cavab verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki