image-reklam-veteninfo
image-1backend

Ukrayna Rusiyanı ürəyindən vurdu: Məşhur kompleks dağıdıldı

image-reklam-veteninfo

Ukrayna Silahlı Qüvvələri sentyabrın 15-nə keçən gecə Rusiyanın Taqanroq şəhərinə kütləvi raket zərbələri endirib.

Vətəninfo.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində şəhərdə bir sıra mülki infrastruktura ziyan dəyib. Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroqun “kütləvi raket hücumuna” məruz qaldığını bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində iki çoxmənzilli binanın və üç fərdi evin, təhsil müəssisəsinin, ticarət obyektinin, qaz kəmərinin, kənd təsərrüfatı anbarlarının, ərzaq mağazasının və “Ozon” anbarının pəncərələri zədələnib.

Hücum zamanı Q.M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində də yanğın baş verdiyi bildirilir. Müəssisə hərbi təyyarələrin təmiri və modernləşdirilməsi ilə məşğuldur.

Sızran neft emalı zavoduna da zərbə
Ukrayna qüvvələrinin Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavoduna da PUA-larla hücum etdiyi bildirilib.

Məlumata görə, zərbə nəticəsində zavodun sənaye ərazisində yanğın baş verib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bölgənin gecə saatlarında dron hücumuna məruz qaldığını və sənaye obyektlərindən birinə ziyan dəydiyini açıqlayıb.

Sızran Neft Emalı Zavodu “Rosneft” şirkətinin tərkibinə daxildir və Rusiyanın mühüm neft emalı müəssisələrindən biri hesab olunur. Zavodda benzin, dizel və aviasiya yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edilir.

Qeyd edək ki, hər iki obyekt daha əvvəl də Ukrayna hücumlarının hədəfinə çevrilib. Q.M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə 2025-ci ilin noyabrında baş vermiş hücum zamanı iki eksperimental təyyarənin məhv edildiyi bildirilmişdi.

Sızran Neft Emalı Zavodu isə 2025-ci ilin mayında Ukrayna qüvvələrinin hücumuna məruz qalmışdı. Həmin zərbədən sonra müəssisənin fəaliyyətinin dayandırıldığı açıqlanmışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki