Rusiya Federasiyasının Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov Ukraynanın həyata keçirdiyi hücumlar zamanı 2 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Vətəninfo.az-ın məlumatına görə , o, bu barədə özünün Telegram kanalında yazıb.Qubernator səlahiyyətlərini icra edənin sözlərinə görə, Suca şəhərində kütləvi atışma zamanı bir qadın, daha sonra isə gün ərzində Rilsk rayonunda daha bir nəfər öldürülüb. Hücumlar zamanı yaşayış binalarına və avtomobillərə də ziyan dəyib.Bundan əvvəl Rusiya Federasiyasında Ukraynanın təxribatçı qrupunun Kursk vilayəti ərazisini işğal etməyə cəhd etdiyi barədə məlumat yayılmışdı.