image-69dde325-b7bb-4a08-9fd0-401cbcece997backend

Ukrayna Rusiyanın bu vilayətlərinə hücum etdi

image-reklam_sirab_01

“Ukrayna Silahlı Qüvvələri Starodubski bələdiyyə rayonunun Lomakovka kəndini atəşə tutub. Ölən və yaralanan yoxdur. Atışma nəticəsində yaşayış binası yanıb. Bütün əməliyyat xidmətləri yerində işləyir”.

Bunu Rusiya Federasiyasının Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında yazıb.

Rusiya Federasiyasının Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, bu gecə Kursk yaxınlığında bir neçə Ukrayna pilotsuz təyyarəsi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

“Kursk əhalisindən sakit olmağı xahiş edirik, şəhər hərbçilərimizin etibarlı mühafizəsi altındadır. Şübhəli əşyalar tapsanız, lütfən, 112 xidmətinə məlumat verin”, – o bildirib.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki