Ukrayna Təhlükəsizlik Xidməti Novorossiysk körfəzində xüsusi əməliyyat keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, suüstü pilotsuz uçan aparat “Oleneqorskiy Miner” böyük desant gəmisini zədələyib.
Gəminin 100-ə yaxın ekipaj üzvünün olduğu bildirilir. Təhlükəsizlik Xidmətindəki mənbələr xüsusi əməliyyatın Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirildiyini qeyd edir. Hücum nəticəsində “Oleneqorskiy” gəmisinin ciddi zədə aldığı vurğulanır.