Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz Telegram səhifəsində video və yazı yerləşdirərək bildirib.“Çətin və gərgin döyüşlərə baxmayaraq, Kursk vilayətində qüvvələrimizin irəliləməsi davam edir. 74 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir. Bu sahələr üçün humanitar həllərin inkişafı davam edir. Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkür edirəm. Növbəti addımlarımızın hazırlanması davam edir”, – prezidentin bəyanatında deyilir.