Adıgeydə Ukraynanın hücumu səbəbindən Enem şəhərinin neft anbarında yanğın baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə respublikanın başçısı Murat Kumpilov məlumat verib.
“Bu gecə pilotsuz təyyarələrin hücumu nəticəsində Taxtamukay rayonunun Enem qəsəbəsində neft anbarında yanğın baş verib”, – Kumpilov Telegram kanalında yazıb.
Hücum nəticəsində ölən və yaralanan olmayıb. Yanğın sahəsi 400 kvadratmetrə yaxın olub. Tamamilə aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinə məxsus 6 pilotsuz təyyarənin Adıgey səmasında ələ keçirildiyini bildirib.
İdarə PUA hücumunu terror cəhdi adlandırıb.