image-1backend

Ukrayna:”Rusiyanın Poltavaya hücumu nəticəsində həlak olanların sayı artıb”

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Poltava şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini bildirib.
Rəsmi ”Telegram” kanalında paylaşım edən Volodimir Zelenski Rusiya ordusunun Poltavaya təşkil etdiyi hücumu qiymətləndirib.
Əldə olan məlumata görə, hücum nəticəsində ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini bildirən Volodimir Zelenski deyib: “Axtarış-xilasetmə işləri davam edir, dağıntıların aradan qaldırılması istiqamətində işlər aparılır”.
Rusiya ordusunun iki ballistik raketdən istifadə etdiyini qeyd edən Zelenski hadisə yerində araşdırmaların aparıldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki