image-33backend

Ukrayna: “Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 2 nəfər ölüb”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Zaporojye şəhərinə hücum nəticəsində 2 nəfərin öldüyünü bildirib.
Klimenko özünün “Telegram” kanalında etdiyi paylaşımda Rusiyanın Zaporojyeyə hücum etdiyini bildirib.

Hücum nəticəsində yanğının baş verdiyini qeyd edən Klimenko yanğınsöndürənlərin hadisə yerində işlərini davam etdirdiyini qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski hücumla bağlı açıqlamasında Rusiyanın “müharibə cinayəti” törətdiyini vurğulayaraq, “Rusiya terrorçularına cavab əsgərlərimiz sayəsində veriləcək” deyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki