Vətəninfo.az xəbər verir ki, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan İran istehsalı olan 17 ədəd Şahid-136/131 dronunu zərərsizləşdirib.
Bildirilib ki, Ukrayna qüvvələri Şahid dronları ilə yanaşı 7 ədəd X-101/X-555 raketini də vurub.
Qeyd olunub ki, Rusiya ordusu Ukraynanın Xmelnitski, Xarkov, Nikolayev, Odessa, Zaporijya, Dnepropetrovsk və Kirovohrad əyalətlərini hədəfə alıb.