image-9backend

Ukrayna Rusiyaya məxsus ”Kinjal” raketini vurdu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Kiyev bölgəsində ”Patriot” hava hücumundab müdafiə sistemi ilə rusların  “Kinjal” hipersəs raketini vurduqlarını bildirib.
Nikolay Oleşçuk sosial media hesabından verdiyi açıqlamada mayın 4-də Rusiya ordusunun təşkil etdiyi hücumlarla bağlı bəyanatlar verib.

Mayın 4-nə keçən gecə X-47 raketinin Rusiya ərazisindən MiQ-31K təyyarəsi ilə buraxıldığını bildirən Oleşçuk raketin Kiyev hava məkanında vurulduğunu bildirib.

Oleşçuk deyib: “Patriot hava hücumundan müdafiə sistemi Rusiyaya məxsus ”Kinjal” raketini vurub. Bu tarixi hadisə münasibətilə Ukrayna xalqını təbrik edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki