image-3333backend

Ukrayna sel fəlakəti ilə üz-üzə: Ölənlərin sayı sürətlə artır

image-reklam_sirab_01

Kaxovskaya su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra insanları xilas edən könüllülər qurbanların sayının yüzə çatdığını bildiriblər. Vətəninfo.az xəbər verir ki, könüllülər qrupunun koordinatoru Yaroslav Vasilev bildirib ki, Dnepr çayının sağ sahilində evakuasiya tələb olunan 1400-dən çox ünvan var. Əksər hallarda insanlar damlara və çardaqlara sığınırlar. Bir çox qoca və uşaqların, eləcə də hərəkət qabiliyyəti məhdud insanların köməyə ehtiyacı var.

“Bizə normal işləməyə icazə verilmir, hər şey xaotikdir, heç bir məlumat yoxdur. Sağ qalanların siyahılarını saxlamırıq, çünki əl yoxdur, vaxt yoxdur. Yüzlərlə ölü, çoxlu yaralı var”, – BBC Vasilyevin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının nəzarətində olan ərazidə xilasetmə əməliyyatlarına Rusiya hərbçiləri və EMS əməkdaşları da cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki