Ukrayna silahlı qüvvələri itirilmiş əraziləri hərbi yolla geri qaytara bilmir.
Vətəninfo.az xəbər verir ki, bunu Yaponiyanın Kyodo agentliyinə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ordumuzun buna gücü çatmır. Bu doğrudur”, – deyə Zelenski müvafiq suala cavab verib.
Eyni zamanda, Zelenski hesab edir ki, ərazilərin qaytarılması üçün diplomatik həll yolları tapmaq lazımdır.
Zelenski həmçinin Ukraynanın qərb tərəfdaşlarını kifayət qədər dəstəyə görə tənqid edib və NATO-nu Kiyevi mümkün qədər tez alyans danışıqlarına qoşulmağa dəvət etməyə çağırıb.