Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalı nəticəsində verdiyi son itkilər arasında bir helikopterin məhv edilməsi də var. Vətəninfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da verdiyi məlumata görə, müharibənin əvvəlindən bəri Rusiyanın canlı qüvvə üzrə ümumi itkisi təxminən 1 milyon 82 min 990 nəfərə çatıb (son sutkada +850 nəfər).
Bundan əlavə, Baş Qərargah bildirir ki, Rusiya ordusu indiyədək 11 min 155 (+4) ədəd tank, 23 min 229 (+17) ədəd zirehli döyüş maşını, 32 min 248 (+49) ədəd artilleriya sistemi və 1 min 476 ədəd yaylım atəşli raket sistemi itirib.