ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün təklif etdiyi sülh sazişini qəbul etməyə yaxındır.
Vətəninfo.az xəbər verir ki, bunu Politico-ya Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
O, həmçinin xəbərdarlıq edib ki, bu proses ABŞ-ın NATO-dan çıxmasına gətirib çıxara bilər.
Xarici siyasətdəki fikir ayrılıqlarına görə Trampı tərk edən Bolton istənilən razılaşmanın Ukrayna və Avropanı zəiflədəcəyini bildirib.
Bolton xəbərdarlıq edib ki, Avropa liderləri Putin-Tramp Ukrayna razılaşmasını təsdiqləsələr, səhv qərar verə bilərlər.