image-1backend

Ukrayna təbii fəlakətlə üz-üzə: Onlarla yaşayış məntəqəsi su altında qaldı

image-reklam_sirab_01

Artıq xəbər vermişdik ki, ötən gecə Kaxovskaya SES atəşə tutulub, stansiyanın bəndi partladılıb.
Stansiyanın siyirtmələrinin dağıdılması nəticəsində nəzarətsiz su sızması başlayıb.

Novaya Kaxovkada suyun səviyyəsi artıq 10 metri keçib.

Vətəninfo.az TASS istinadən xəbər verir ki, 14 yaşayış məntəqəsi daşqın zonasında olub, ümumilikdə 80-ə yaxın yaşayış məntəqəsi su altında qala bilər. Dnepr sahillərində 300-ə yaxın evin sakinləri təxliyə edilir.

Novaya Kaxovkada infrastruktur obyektlərinin əhəmiyyətli hissəsi su altında qalıb.

Əlavə edək ki, ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski Kaxovka su elektrik stansiyası ilə bağlı insidentdən sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki