image-reklam-veteninfo
image-1backend

Ukrayna Trampın Alyaskada Kiyevi “satmasından” narahatdır — Politico

image-reklam-veteninfo

Avropa nəşri Politico-nun məlumatına görə, Ukrayna rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra konfliktin həlli ilə bağlı öz şərtlərini Ukraynaya qəbul etdirməsindən narahatdır. Media orqanı bu scenarini “Ukraynanın kabusu” adlandırır.

Politico yazır ki, Tramp “Nobel Sülh Mükafatı namizədi kimi çıxış etmək və Ukraynanı satışa çıxaran müharibə həllini zorla qəbul etdirmək istəyir.” Ekspertlər arasında aparılan sorğuda isə Ukraynanın gələcəyi ilə bağlı nikbin olmayan proqnozlar verilib.

Londondakı Royal Institute of International Affairs-in üzvü Timoti Eş bildirib ki, Ukrayna üçün mümkün sülh razılaşması “ölkənin sosial, iqtisadi və siyasi strukturlarına ciddi zərbə vuraraq, dövlətin faktiki iflası ilə nəticələnə bilər.”

Qəzet mənbələrinin məlumatına görə, danışıqlar zamanı Ukraynanın ərazi güzəştləri etməsi gözlənilir. ABŞ lideri isə sülhün “torpaq mübadiləsi” tələb etdiyini vurğulayır. Ukrayna isə sərhədlərinə heç bir güzəştə getməyəcəyini bəyan edib.

Donald Tramp avqustun 8-də Alyaskada Putinlə avqustun 15-də görüş keçirməyi planlaşdırdığını açıqlayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün tarix və yerini təsdiqləyib. Onun sözlərinə görə, iki lider Ukrayna böhranının davamlı həlli yollarını müzakirə edəcəklər. Kreml görüşdən sonra iki prezidentin Rusiyanın ərazisində görüşməsini gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki