image-1backend

Ukrayna üçün ABŞ prezidentinə məktub ünvanlayıblar ki…

image-reklam_sirab_01

ABŞ Konqresi Nümayəndələr Palatasının bir qrup respublikaçı üzvü prezident Co Baydenə məktub ünvanlayaraq onu Amerikanın uzaqmənzilli silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və rəsmi Kiyevə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməyə icazə verməyə çağırıb.

Məktubun sentyabrın 9-da imzalandığı və ayın 11-i dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri öncəsi göndərildiyi bildirilir. Sənədi 6 aparıcı respublikaçı konqresmen, o cümlədən Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, kəşfiyyat komitəsinin sədri Mayk Törner və silahlı qüvvələr komitəsinin sədri Mayk Rocers imzalayıb.

ABŞ Dövlət katibi öz növbəsində bildirib ki, rəsmi Vaşinqton Ukraynanın ATACMS raketlərindən istifadə edərək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi ehtimalını istisna etmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki