image-reklam-veteninfo
image-1backend

Ukrayna və ABŞ Florida görüşündə yekun qərara gələ bilməyib

image-reklam-veteninfo

ABŞ və Ukrayna rəsmiləri keçən həftəsonu Florida ştatında keçirilən görüşdə Ukrayna münaqişəsinin həlli üzrə yekun qərara gələ bilməyiblər. CNN-ə danışan mənbə bildirib ki, hələ görüləsi çox iş qalıb və görüşdə sülh təkliflərinin ən problemli tərəfləri ətraflı müzakirə olunub.

Mənbə qeyd edib: “Burada hər şeyi yekunlaşdırdığımızı söyləmək tez olardı, lakin görüş çox diqqət mərkəzində olub və məsələlərin çətin tərəfləri geniş müzakirə olunub”.

Noyabrın 30-da Vaşinqton və Kiyev nümayəndə heyətləri Florida ştatının cənubunda danışıqlar aparıb. ABŞ-ı dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Vitkoff və ABŞ liderinin kürəkəni Jared Kuşner təmsil edib. Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Görüşdən sonra Rubio danışıqları “çox konstruktiv” adlandırıb, lakin əlavə edib ki, görüləsi hələ çox iş var. ABŞ tərəfi prosesin çətin olduğunu nəzərə alaraq, həm realist, həm də optimist mövqedə qalmağa davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki