17 noyabr gecəsi Krım körpüsü yenidən Ukrayna qüvvələrinin hücumuna məruz qalıb. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Vətəninfo.az xəbər verir ki, körpüyə bir neçə raketlə zərbə endirilib. Hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Mənbələr hücumun Rusiyanın Kiyevdəki körpülərə endirdiyi zərbələrə cavab ola biləcəyini istisna etmirlər.
Hadisə ilə bağlı hücumun nəticələri və körpüyə dəymiş mümkün ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilməyib.


























