Ukraynada döyüşlər 2024-cü ildə bitməyəcək. Vətəninfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuatına bildirib.
“Xeyr, bu il müharibə bitməyəcək”, – deyə o, müvafiq suala cavab verib.
Lukaşenko həmçinin bildirib ki, “Rusiyaya kömək etmək üçün Ukrayna ilə münaqişə zonasında guya Şimali Koreya qoşunlarının olduğu iddiaları NATO qoşunlarını Ukraynaya göndərmək üçün istifadə edilə bilər”.
Rusiya heç vaxt Belarusda yerləşən nüvə silahından respublika rəhbərliyinin razılığı olmadan istifadə etməyəcək. Bu barədə Belarus lideri BBC-nin jurnalisti Stiven Rozenberqə Kazanda keçirilən BRİKS sammiti çərçivəsində müsahibəsində bildirib.